fbpx

Dənizdə batan qızları xilas etmək istəyən idmançı özü də boğuldu

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Lənkəranda dənizdə iki nəfər boğularaq ölüb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, dənizdə meyitləri tapılanlar – 2001-ci il təvəllüdlü Ramin Tahir oğlu Məmmədzadə və 2008-ci il təvəllüdlü Aysu Rafiq qızı Qəhrəmanzadə olub.

2003-cü il təvəllüdlü Zeynəb Ramin qızı Əliyeva sudan çıxarılaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Rüya tabirlerini burdan oku

Qeyd edək ki, Zeynəb və Aysu xalaqızıdılar.

Onlar dənizdə çimərkən boğulmaq təhlükəsi yaranıb.

İdmançı olan Ramin özünü qızlara çatdırıb və Zeynəbi xilas edə bilib.

O, Aysunu xilas edərkən hər ikisi boğulub.

Meyitlər Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Dənizdə #batan #qızları #xilas #etmək #istəyən #idmançı #özü #də #boğuldu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu