Dərhal ölkəni tərk edin – Rusiya ilə bağlı ÇAĞIRIŞ
BEY.AZ informasiya agentliyi xəbər verir
ABŞ və Kanada vətəndaşlarını Rusiyanı dərhal tərk etməyə çağırıb.
Metbuat.az-ın məumatına görə, bu barədə ABŞ Dövlət Departamenti və Kanada Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.
Hər iki ölkənin xarici siyasət idarələri vətəndaşlarına Rusiyaya səfər etməməyi məsləhət görüb. Dövlət Departamenti hazırda Rusiyanı tərk etmək üçün məhdud təyyarə reysləri, həmçinin avtomobil və avtobus marşrutları olduğunu nəzərə çatdırıb:
“Rusiyada yaşayan və səyahət edən ABŞ vətəndaşları təcili bu ölkəni tərk etməlidirlər”.
Kanada XİN-dən bildirilib ki, kommersiya reyslərinin olduğu hazırkı vəziyyətdə bu ölkənin vətəndaşları təcili Rusiyanı tərk etməlidirlər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.