Dəridəkı törəmə və xalları Günəş işığından qorumaq lazımdır
BEY.AZ informasiya agentliyi xəbər verir
Günəş şüalarının təsiri nəticəsində orqanizmdə yaranan D vitamini sümüklərin güclənməsi üçün çox əhəmiyyətlidir. Lakin dərinin həddindən artıq Günəş şüasına məruz qalması müxtəlif problemlər yarada bilər. Bunun qarşısını almaq üçün qoruyucu kremlərdən istifadə etmək lazımdır.
Metbuat.az AZƏRTAC-a istinadən xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının həkim-dermatoloqu Sevinc Kərimova deyib: ”Günəş şüasi qəbul edərkən dəridə melonin piqmenti sürətlə artıb çoxalmağa başlayır və bu, orqanizmdə D vitaminin yaranmasını tənzimləyir. Günəş şüasının həddən artıq qəbul edilməsi zamanı dərinin tez qocalması müşahidə edilir, həmçinin bədxassəli şişlərin yaranmasına səbəb ola bilər. Ona görə də dəridə həddindən çox tünd qəhvəyi, qara rəngli törəmələr, hətta hamar xallar olan bölgələri Günəş işığından qorumaq lazımdır”.
Həkim-dermatoloq dərisi ağ olanların bu məsələyə daha çox diqqət yetirməli olduğunu nəzərə çatdırıb. O, qoruyucu kremlərin düzgün istifadəsi haqqında danışarkən deyib: “Günəşdən qoruyan kremlərin üzərində müxtəlif rəqəmlər göstərilir. Həmin rəqəmlər Günəşdən qorunma müddətini göstərir. Nə qədər böyük rəqəmlər olarsa, qorunma müddəti də bir o qədər yüksək olur. Aktiv Günəş şüası altında olanda hər iki-üç saatdan bir krem çəkilməsini yeniləmək məsləhətdir. Xüsusilə ağ dərisi olanlarda Günəş şüalarının mənfi təsiri daha çox qabarıq şəkildə özünü büruzə verir, çünki həmin dərilərdə melanin piqmenti az olduğuna görə müdafiə funksiyası zəif olur. Ona görə də mütləq şəkildə SPF kremdən istifadə edilməsi tövsiyə olunur”.
Bədəni xarici təsirlərdən qoruyan dəriyə ilin bütün fəsillərində həssas yanaşmaq lazımdır. Bunu təkcə gözəllik üçün deyil, həm də sağlamlıq üçün etmək lazımdır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.