Dərman vasitələrinin qanunsuz yollarla ölkəyə gətirilməsi cəhdləri artıb
BEY MEDIA İnformasiya agenti xəbər verir
Son illər dərman vasitələrinin qanunsuz yollarla ölkəyə gətirilməsi cəhdləri intensivləşib.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-istintaq Baş İdarəsi rəisinin 1-ci müavini Güloğlan Muradlı DGK və MEDİA-nın birgə təşkilatçılığı ilə keçirilən təlimdə jurnalistlərə açıqlamasında bildirib.
Güloğlan Muradlı bildirib ki, ötən il gömrük orqanları tərəfindən 101 hüquqpozma faktı üzrə 749 435 manat dəyərində dərman vasitələrinin, 255 582 manat dəyərində qida əlavələrinin, 40472 manat dəyərində tibb ləvazimatlarının qanunsuz idxalının qarşısı alınıb.
2019-2021-ci illər ərzində ümumilikdə 247 hüquqpozma faktı (84-ü cinayət xarakterli fakt, 163-ü isə inzibati xəta faktları) üzrə 1milyon 813 min qutu, 113 min həb, 41 min konvolyut, 5348 flakon, eləcə də istifadəyə yararsız 100 həb dərman vasitəsi gömrük orqanları tərəfindən aşkar edilərək götürülüb.
Gülər Seymurqızı
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.