Dərsdən qaçan şagird 2-ci mərtəbədən tullanıb, xəsarət alıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Abşeron rayonu, Masazır kənd 4 nömrəli tam orta məktəbin şagirdi ikinci mərtəbədən yıxılaraq xəsarət alıb.
Metbuat.az Xezerxeber.az-a istinadən xəbər verir ki, şagird “məşğələyə gecikirəm” deyib və ikinci mərtəbədən atlayaraq məktəbdən qaçmaq istəyib. Ancaq bu əməli ona baha başa gəlib.
Məsələdən xəbər tutan müəllimlər hadisə zamanı xəsarət alan 10-cu sinif şagirdini dərhal Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.
Abşeron rayon Təhsil şöbəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aysel Tahirova “Xəzər Xəbər”ə açıqlamasında bildirdi ki, hadisə saat 12 radələrində baş verib. Adı çəkilən şagird müəllimlərin gözündən yayınaraq ikinci mərtəbədən qaçmağa cəhd göstərib.
Məktəbdən isə bildirildi ki, şagirdlərin dərsdən yayınmamaları üçün məktəbdə nəzarət gücləndirilib.
Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.