fbpx

Dağ çaylarından qısamüddətli sel keçə bilər

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Böyük və Kiçik Qafqazın dağ çaylarından qısamüddətli sel keçə bilər”.

Metbuat.az xəbər verir ki, bunu ETSN-in Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.

O bildirib ki, bu hal avqust ayı üçün xarakterikdir: “Bu ayda əsasən daşqın yox, sel hadisəsi müşahidə edilir. Böyük Qafqazda Balakən-Şəki, Quba- Xaçmaz ərazisindən axan çaylarda və Kiçik Qafqazın Daşkəsən-Gədəbəy, Tovuz rayonunun ərazisindən axan bəzi çaylardan sel keçmə ehtimalı var. Ümumilikdə həmin çaylarda qısamüddətli sel gözlənilir ki, bunun da dağıdıcı olmayacağı ehtimal edilir. Adətən çayın hövzəsinə leysan yağanda belə sel hadisəsi 40 dəqiqə civarında davam edir”.

Rüya tabirlerini burdan oku

Ötən ilin avqustu ilə müqayisə aparan direktorun sözlərinə görə, 2021-ci ilin avqust ayında cəmi bir sel hadisəsi müşahidə edilib. Həmin hadisə Böyük Qafqazın ərazisindən axan Əyriçayda qeydə alınıb.

Kürün səviyyəsinin yüksəlməsi ilə bağlı Asif Verdiyev qeyd edib ki, adətən avqust və sentyabr ayları Kürdə suyun ən aşağı səviyyədə olduğu aylardır. Buna görə də Kürün səviyyəsinin narahatedici miqdarda artması gözlənilmir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu