fbpx

Dağıstanda terror: 6 polis öldü, yaralılar var



Mahaçqala və Dərbənddə baş verən hücumlar nəticəsində hüquq-mühafizə orqanlarının 6 əməkdaşı həlak olub, 12 nəfər yaralanıb.

BEY.AZ xəbər verir ki, bu barədə “İnterfaks” məlumat verib.

Məlumata görə, silahlıların axtarışı davam edir. Mahaçqalada hücum edənlərdən ikisinin öldürüldüyü məlum olub. Ən azı daha iki nəfər saxlanılıb.

Hücum edənlərin sayı məlum deyil.

21:25

Dərbənddə kilsə və sinaqoqa, eləcə də Mahaçqalada yol polisi postuna hücumdan sonra Rusiya İstintaq Komitəsi terrorizmlə bağlı cinayət işi açıb.

BEY.AZ TASS-a istinadən xəbər verir ki, keşiş Nikolay Ata və ən azı iki polis əməkdaşı həlak olub. Daha 7 polis əməkdaşı yaralanıb. Dərbənddə kilsə və sinaqoqa hücum Bakı vaxtı ilə saat 19:00 radələrində baş verib: bir polis ölüb, digəri yaralanıb. Daha sonra Dağıstanda yol polisi postuna hücum nəticəsində bir polis əməkdaşı həlak olub, daha altı polis yaralanıb.

Dağıstanın Daxili İşlər Nazirliyi iki yaraqlının öldürüldüyünü təsdiqləyib.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin