Daha bir azərbaycanlı ailə Xarkovda HƏLAK OLDU
BEY.AZ informasiya agentliyi xəbər verir
Dünən axşam saatlarında Xarkovun raket atəşinə tutulması zamanı 4 azərbaycanlı həlak olub.
Metbuat.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Ukrayna Azərbaycanlıları Radasının Lvov vilayəti üzrə sədr müavini Mahmud Qurbanov deyib.
O bildirib ki, Xarkovda restoran sahibi olan Emin adlı şəxs, onun xanımı və iki övladı həlak olub.
“Hazırda onların evi olan ərazi rusların nəzarətindədir. Ona görə də meyitlərin ərazidən çıxarılmasında problem yaranıb. Xarkovda yaşayan azərbaycanlılar bu məsələ ilə məşğuldur”, – Mahmud Qurbanov vurğulayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.