Daha bir erməni hərbçinin qalıqları tapıldı
BEY MEDIA İnformasiya agenti xəbər verir
Qarabağda 44 günlük müharibə zamanı ölən daha bir erməni hərbçinin cəsədinin qalıqları aşkar olunub.
Metbuat.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.
Cəsəd Cəbrayılda tapılıb. Onun şəxsiyyəti məhkəmə-tibbi ekspertizadan sonra müəyyən ediləcək.
Bildirilir ki, 2020-ci il noyabrın 9-u imzalanan bəyanatdan sonra bu günə qədər hərbi əməliyyatların həyata keçirildiyi ərazilərdə 1706 erməni hərbçinin cəsədi və cəsədinin qalıqları aşkarlanıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.