fbpx

Daha bir neçə ailə Zəngilanın Ağalı kəndinə yola düşüb

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu gündən Zəngilan rayonunun Ağalı kəndinə daha bir neçə ailənin köçürülməsinə başlanılıb.

Metbuat.az xəbər verir ki, rayonun “Ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə “Böyük Qayıdış”a uyğun olaraq 50 nəfərdən ibarət 10 ailə yola salınıb.

Ümumilikdə, bu günə kimi “Böyük Qayıdış” layihəsi çərçivəsində Zəngilan rayonu Ağalı kəndinə 86 ailə, 420 nəfər köçürülüb. Köçürülən keçmiş məcburi köçkünlərin böyük qismi daha ağır şəraitdə yaşayanlardır. Müvafiq qurumlar tərəfindən sakinlər peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və s. çalışacaqlar.
Köçürülmüş əhali üçün bütün infrastruktur şəraiti – dövlət xidmətləri mərkəzi məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və s. mövcuddur.

Köç prosesinin növbəti aylarda da davam edəcəyi planlaşdırılır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Daha #bir #neçə #ailə #Zəngilanın #Ağalı #kəndinə #yola #düşüb

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin