fbpx

Daha bir ölkə Rusiyaya uçuşları dayandırır

Rüya Yorumları burda

Serbiyanın ən iri aviaşirkəti olan “Air Serbia” Rusiyanın Kazan (Tatarıstan Respublikası) və Soçi (Krasnodar diyarı) şəhərlərinə reysləri dayandıracaq.

BEY.AZ “Report”a istinadən xəbər verir ki, bunu Rusiya Turoperatorlarının Assosiasiyası (RTA) bildirib.

“Air Serbia”nın rezervasiya sisteminə görə, qış cədvəlində Belqrada son reys Kazandan yanvarın 19-da, Soçidən isə yanvarın 20-də həyata keçiriləcək”, – təşkilatın teleqram hesabında qeyd olunub.

Serbiya şirkəti reyslərin dayandırılması ilə bağlı rəsmi açıqlama verməyib.

Rüya tabirlerini burdan oku

“Air Serbia”nın cədvəlində Belqraddan Moskva və Sankt-Peterburqa reysləri hələ də qalmaqdadır”, – RTA vurğulayıb.

Qeyd edək ki, daha əvvəl “Türkmənistan” aviaşirkəti Aşqabad – Moskva – Aşqabad reysini bir ay müddətinə ləğv etmişdi.

Xatırladaq ki, “Azərbaycan Hava Yolları”na məxsus Bakı – Qroznı reysini həyata keçirən “Embraer 190” sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



ARMY.AZUSTA XİDMƏTLƏRİSayt Al Sayt satışı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu