Daha bir ölkədə meymunçiçəyi aşkarlandı
Taylandda meymunçiçəyi virusu aşkarlanıb.
BEY.AZ xəbər verir ki, bu barədə “Reuters”ə danışan Tayland Xəstəlik Nəzarət qurumunun rəsmisi məlumat verib. O deyib ki, yoluxan şəxs Taylandda yaşayan 66 yaşlı avropalı bir şəxsdir və o, 14 avqustda Afrika ölkəsindən qayıdıb, sabahı isə xəstəxanaya yerləşdirilib.
Hazırda xəstəliyin “Klad I” variantı olub-olmadığının bilinməsi üçün test cavablarının çıxması gözlənilir.
Məlumata görə, yoluxan şəxs uçuşdan sonra digər insanlarla çox təmasda olmayıb. Xəstəylə təmasda olduğu 43 nəfər isə nəzarət altındadır.
Qeyd edək ki, Taylandda 2022-ci ildən bu yana 800 mpox “Kload II” (meymunçiçəyi) yoluxması baş verib, “Klad I” və “Klad Ib” variantlarına isə rast gəlinməyib.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |