Daha bir ölkədə təyyarə qəzası ilə əlaqədar matəm elan edildi
Koreya Respublikasının prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən, Baş nazirin müavini Çxve San Mok Muanda baş verən təyyarə qəzası ilə əlaqədar 7 günlük milli matəm elan edib.
BEY.AZ “Report”a istinadən xəbər verir ki, matəm bu gündən başlayaraq şənbə günü gecəyarısına qədər davam edəcək.
“Çxve Sanq Mok bazar günü ən azı 177 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzası ilə əlaqədar milli matəm elan edib. İki nəfər hələ də itkin düşmüş hesab olunur”, – onun dəftərxanasından bildirib.
Qeyd olunur ki, bu bəyanat Cənubi Koreyanın cənub-qərbindəki Muan rayonundakı hava limanında 181 sərnişin daşıyan təyyarənin məcburi eniş edərək partlamasından bir neçə saat sonra keçirilən təcili iclasda verilib.
“Bu faciədə həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Biz həlak olanların ailələrinə dəstək olacaq və yaralılara tibbi yardım göstərəcəyik”, – Ç.Mok bildirib.
O, müvafiq qurumlara avadanlıq, personal və infrastruktur da daxil olmaqla bütün mövcud resursları səfərbər etməyi tapşırıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |