Daha bir ölkədə “TikTok” qadağan ediləcək
Gələn aydan etibarən “TikTok” sosial şəbəkəsi Albaniyada azı bir il müddətinə qadağan ediləcək.
BEY.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Edi Rama müəllimlərlə görüşündə bildirib. Paralel olaraq şagirdlərin təhsil almasına kömək edən proqram təminatları hazırlanacaq.
“Çində “TikTok”da tələbələrə dərslərinə hazırlaşmağın, ətraf mühiti və ənənələri qorumağın yolları öyrədilir. Çindən kənarda isə bunun tam əksidir” – deyə hökumət başçısı bildirib.
Hökuməti bu addımı atmağa ötən ay paytaxt Tiranada şagirdlər arasında sosial şəbəkədə başlayan mübahisənin 2 məktəblinin ölməsi ilə nəticələnməsi vadar edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |