Daha iki məktəb əyani tədrisə qayıdıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Paytaxtdakı 287 nömrəli “Zəkalar” liseyi və 320 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Metbuat.az-a bildirilib ki, hər iki məktəbin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.
Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.