fbpx

Darçın hüceyrələrin qocalma prosesini ləngidir

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Darçın hüceyrələrin qocalma prosesini azaldır, yəni bədənimizin gəncliyini uzadır. Darçın infarkt və insulta səbəb olan qan laxtalarının və ya qanda trombların inkişafının qarşısını alan təbii antikoaqulyantdır. Darçının özündə iltihabla aktiv mübarizə aparan flavonoidlər var.

Metbuat.az AZƏRTAC-a istinadən xəbər verir ki, terapevt və diyetoloq Yelena Tixomirovanın sözlərinə görə, insan orqanizmində darçının qəbulu sayəsində müxtəlif toxumalarda azot oksidinin sintezi prosesi güclənir. Bununla da, qocalmanın sürətlənməsinə səbəb olan və müxtəlif növ xəstəliklərin riskini artıran sərbəst radikalların hücumlarından müdafiə təmin edilir. Sərbəst radikallar və oksidləşdirici stres bədənimizdə xəstəliklərin və məkrli patologiyaların əsas səbəbləridir. Darçın qanı daha axarlı edir, onun antitrombotik təsiri elmə yaxşı məlumdur.

Bəlkə də darçının ən dəyərli faydalarından biri bədəndə demək olar ki, bütün hüceyrələrinin qocalma proseslərini ləngitmək qabiliyyətidir. Ancaq bu hərəkətə yalnız ümumilikdə sağlam pəhrizə riayət edilməsi təqdirdə nail olmaq olar. Diyetoloq hesab edir ki, sizin qida rasionunuz əsasən fastfud, un məhsulları və qırmızı ət kimi yeməklərdən ibarətdirsə, o zaman hətta darçın belə kömək etməyəcək.



Rüya tabirlerini burdan oku

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu