fbpx

Daşınmaz əmlakın dövlət qeydiyyatı 44 % artıb

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 373 647 daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb.

Bu barədə BEY.AZ-a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43,8 % çoxdur.

9 aylıq göstəricinin 58 314-ü və yaxud 15,6 %-i ilkin, 315 333-ü və yaxud 84,4 %-i isə təkrar qeydiyyatın payına düşüb.

Hesabat dövründə mülkiyyət hüququ qeydiyyata alınmış əmlaklardan 40 205-i fərdi yaşayış və bağ evi, 72 566-sı mənzil, 252 405-i torpaq sahəsi, 2 374-ü qeyri-yaşayış binası, 5 487-si qeyri-yaşayış sahəsi, 531-i əmlak kompleksi, 79-u isə çoxmərtəbəli yaşayış binasıdır. Bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 76 359-u Bakının, qalanı isə bölgələrin payına düşür.

Yanvar-sentyabrda 300 179 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu, 1 il əvvələ nisbətən 47,7 % çoxdur. Son 1 ildə qeydiyyata alınan ipoteka müqavilələrinin sayı isə 19,6 % artaraq 61 393 təşkil edib.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Daşınmaz #əmlakın #dövlət #qeydiyyatı #artıb

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin