fbpx

Daşıyıcı şirkətlərdən “İcazə” blankları üçün alınan xidmət haqqı ləğv edilib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalarda mühüm iqtisadi vasitə sayılan “İcazə” blankları üçün nəzərdə tutulan xidmət haqqı ləğv edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından (ABADA) bildirilib.

Qeyd olunub ki, aprel ayından daşıyıcı şirkətlərdən bu məqsədlə ödəniş alınmır.

Rüya tabirlerini burdan oku

Məlumata görə, bu qərar daşıyıcıların mövcud vəziyyəti nəzərə alınaraq qəbul edilib.

“Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların inkişafına yardım edilməsi, daşıyıcıların maraqlarının müdafiəsi olduğunu, yaxın regionlarda geosiyasi vəziyyətin mürəkkəbləşməsi səbəbindən bir çox istiqamətlərdə daşımaları mümkünsüz olmasına görə yeni bazarlara çıxışın stimullaşdırılmasının, rentabelli marşrutların seçilməsinin, eyni zamanda, ənənəvi istiqamətlərdə idxal-ixrac əməliyyatlarında problemlərin Azərbaycan daşıyıcıları üçün əlavə xərclər yaratdığını və onların maddi vəziyyətinə mənfi təsir etdiyini nəzərə alaraq, Birliyin İdarə Heyəti aprelin 1-dən etibarən icazə sənədlərinin bölgüsü ilə bağlı xidmət haqqının tətbiqinin üç ay müddətində dayandırılması haqqında qərar verib”.

Qeyd edək ki, fevral ayında Bakıda TIR sürücüləri “İcazə” blankları məsələsinə etiraz olaraq yolu bağlamışdılar.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu