fbpx

Daşqınlar ola bilər, təcili şəkildə…

Rüya Yorumları burda


“Bu il atmosfer yağıntıları keçən ilə nisbətən çox düşüb. Ümumiyyətlə, bu il hidroloji baxımdan bol sulu il hesab olunur. Ona görə də, çaylar daha çox daşır. Çaylarda su əmələgəlmə prosesi gedir”.

Bu sözləri BEY.AZ-a açıqlamasında ekoloq Rövşən Abbasov deyib. O bildirib ki, Azərbaycandakı su anbarları vaxtından əvvəl dolub:

“Ola bilsin ki, yaxın gələcəkdə su ehtiyatlarının tənzimlənməsində çətinliklər yarana, daşqınlar ola bilər. Buna hazır olmaq lazımdır. Təcili şəkildə Kür çayının aşağı hissəsində infrastruktur, bəndlərin möhkəmliyi yoxlanılmalıdır. Bəndlər hazır vəziyyətə gətirilməlidir. Əhali bu barədə xəbərdar edilməlidir ki, mümkün daşqın hallarında hansı tədbirləri görsünlər”.

Seyranə Quliyeva / BEY.AZ



Rüya tabirlerini burdan oku




MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu