fbpx

​Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq etdi: “Bu vədlərə aldanmayın”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Daxili İşlər Nazirliyi son vaxtlar çoxalan kiberdələduzluq halları ilə bağlı əhaliyə xəbərdarlıq edib.

DİN-in Mətbuat xidmətindən Metbuat.az-a bildirilib ki, sosial şəbəkələrdə ölkənin tanınmış şəxslərinin və şirkətlərinin ad və loqolarından istifadə edilməklə guya elektron lotoreya oyunlarında, mükafat fondu olan müsabiqələrdə böyük məbləğdə pul uduşunun olması, mükafatın rəsmiləşdirilməsi üçün uduşun müəyyən hissəsinin bank hesabına köçürülməsinin zəruriliyi qeyd olunur.

Həmçinin investisiya platformalarında və maliyyə birjalarında yatırım edib qısa müddət ərzində gəlir əldə etmək kimi şirnikləndirici vədlər verilir. Deyilən vədlərə inanan bəzi insanlar isə bundan sonra kiberdələduzların qurbanına çevirilirlər.

Rüya tabirlerini burdan oku

Bu cür kiberdələduzluq hallarının qurbanına çevrilməmək üçün bir daha vətəndaşlarımızı internet resurslarından, o cümlədən sosial şəbəkələrdən istifadə edərkən ayıq-sayıq olmağa, işbazların şirnikləndirici təkliflərinə inanmamağa çağırırıq. Belə hallarla üzləşdikləri təqdirdə vətəndaşlardan xahiş olunur ku, dərhal polis əməkdaşlarına, həmçinin DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat versinlər.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Daxili #İşlər #Nazirliyi #əhaliyə #xəbərdarlıq #etdi #vədlərə #aldanmayın

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu