fbpx

DÇ-2022: Final mərhələsinin püşkü atıldı

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Futbol üzrə 2022-ci il dünya çempionatının final mərhələsinin püşkü atılıb.

Metbuat.az-ın məlumatına görə, Qətərin paytaxtı Dohadakı mərasimdə qrupların tərkibi müəyyənləşib.

Mərasimdə püşkü dünya futbolunun tanınmış simalarının da yer aldığı 8 veteran oyunçu çəkib. Onların arasında İran millisinin Azərbaycan əsilli sabiq hücumçusu Əli Daei də olub.

Rüya tabirlerini burdan oku

Mundialın açılış oyunu Qətər və Ekvador yığmaları arasında baş tutacaq.

A qrupu: Qətər, Ekvador, Seneqal, Niderland

B qrupu: İngiltərə, İran, ABŞ, Şotlandiya / Ukrayna – Uels cütünün qalibi

C qrupu: Argentina, Səudiyyə Ərəbistanı, Meksika, Polşa

D qrupu: Fransa, Birləşmiş Ərəb Əmirlikləri / AvstraliyaPeru cütünün qalibi, Danimarka, Tunis

E qrupu: İspaniya, Kosta-Rika – Yeni Zelandiya cütünün qalibi, Almaniya, Yaponiya

F qrupu: Belçika, Kanada, Mərakeş, Xorvatiya

G qrupu: Braziliya, Serbiya, İsveçrə, Kamerun

H qrupu: Portuqaliya, Qana, Uruqvay, Cənubi Koreya

Hazırda mundialın final mərhələsinin 29 iştirakçısı məlumdur. Pley-of mərhələsində daha 3 komandanın adına iyunda aydınlıq gələcək.

Avropa zonası üzrə Şotlandiya – Ukrayna oyununun qalibi finalda Uelslə üz-üzə gələcək. Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya cütünün qalibi Peru ilə, Yeni Zelandiya isə Kosta-Rika ilə görüşəcək.

Qeyd edək ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu