fbpx

“De Byazidən tutmuş Almeydaya qədər bayrağımız heç kimin vecinə deyil”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

Xəbər verdiyimiz kimi, miniutbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb. Elşad Quliyevin baş məşqçi olduğu kollektiv finalda Rumıniyanı məğlubiyyətə uğradıb – 1:0. Bununla da Azərbaycan millisi tarixində ilk dəfə qitə çempionu olub.

Minifutbol üzrə Azərbaycan millisinin Avropa çempionu olması bütün futbolsevərlərin ən unuzudulmaz tarixi günü oldu. Qələbə sevincini çox az hallarda yaşayan azarkeşlərin hava limanında böyük coşquyla millimizi qarşılaması görüntüləri bunu deməyə əsas verir.

Bir tərəfdə legionersiz Avropa çempionu olan minifutbol üzrə millimiz, digər tərəfdə isə uduzduqları oyunlarla azarkeşlərin səbir kasasını daşıran millimiz.

Rüya tabirlerini burdan oku

İdman jurnalisti Araz Əhmədov Metbuat.az-a bildirdi ki, millimizdə idarəçiliyin zəif olması azarkeşləri qələbə sevincindən uzaq salıb:

“Birincisi, minifutbol yığmamızda məşqçi və inzibati heyət, futbolçular – hamısı azərbaycanlıdır, yəni Vətən üçün, bayraq üçün oynayırlar. Futbol üzrə əsas millimizdə isə De Byazidən tutmuş Riçard Almeydaya qədər Azərbaycan bayrağı heç kimin vecinə belə deyil. Bu tendensiya AFFA sayəsində uzun illərdir ki, davam edir. Futbol federasiyasının rəhbərliyi sanki əncəbi məşqçi ilə çalışacağına söz verib. Nəticə də yoxdur. Berti Foqtsa, Canni De Byaziyə (baxmayaraq ki, hər ikisi yetərincə yaşlı mütəxəssisdi) verilən vaxt Qurban Qurbanova verilsəydi, biz uğur qazana bilərdik. Amma intriqalar, maddi maraq, idarəçilik bacarığının olmaması buna imkan vermir. Minifutbolda isə belə deyil, ona görə də uğur var və olacaq”.

Araz Əhmədov düşünür ki, bu yolla davam edəcəyi təqdirdə Azərbaycan millisi üçün yol heç də işıqlı görsənmir:

“Bu gedişlə əsas futbol millimiz heç vaxt normal nəticələrə imza ata bilməyəcək, çünki planlı və sistemli bir iş yoxdur. Düzdür, minifutbolla böyük futbolu bəzi məqamlarda müqayisə etmək olmaz, amma unutmayaq ki, hər şey kiçikdən başlayır. Lazımsız, yaşı keçmiş əcnəbiləri milliləşdirməklə, Azərbaycan üçün canı yanmayan birinə zorla, pul gücünə forma geyindirəndə belə olur”.

Xatırladaq ki, Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək. Canni De Byazinin baş məşqçi olduğu komanda Bakıda Belarus seçməsini qəbul edəcək. “Dalğa Arena”da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşü yunanıstanlı Anastasios Papapetrunun rəhbərlik etdiyi hakimlər idarə edəcək.

Komandalar arasında II tura təsadüf etmiş matçda qolsuz bərabərlik qeydə alınıb. Azərbaycan millisi ilk turda səfərdə Qazaxıstana 0:2, III turda evdə Slovakiyaya 0:1 hesabı ilə uduzub. Rəqib isə birinci qarşılaşmasında Slovakiyaya yenilib, III turda Qazaxıstanla heç-heçə edib – 1:1.

Hazırda Qazaxıstan yığması 7 xalla C Liqasının 3-cü qrupuna başçılıq edir. Slovakiyanın 6, Belarusun 2, Azərbaycanın isə 1 xalı var.

Gülər Seymurqızı



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu