2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda debet kartları ilə aparılan əməliyyatların həcmi 105 milyard 145 milyon manat təşkil edib.
BEY.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 39% və ya 29 milyard 533 milyon manat artıb.
Qeyd edək ki, hesabat dövründə debet kartları ilə aparılan əməliyyatların 54 milyard 838 milyon manatı elektron ticarət vasitəsi ilə, 36 milyard 360 milyon manatı bankomatlar vasitəsi ilə, 11 milyard 167 milyon manatı POS-terminallar vasitəsi ilə, 70 milyon manatı özünə xidmət terminalları vasitəsi ilə, 2 milyard 710 milyon manatı isə ölkə xarici əməliyyatlar vasitəsi ilə həyata keçirilib.
Xatırladaq ki, ötən ilin dekabrın 1-nə Azərbaycanda 17 milyon 215 min ədəd debet kartı olub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |
Ana Sayfa