fbpx

Dekabrda xaricdə təhsil alan 48 nəfərin diplomu tanınmayıb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı dekabr ayı üzrə 355 müraciətçinin 307-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 48 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Bu barədə Metbuat.az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən xəbər verilib.

Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 21, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 16, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 8, digər səbəblər üzrə 3 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Rüya tabirlerini burdan oku

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyə Respublikasından 112, Rusiya Federasiyasından 105, Ukraynadan 74, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 13, Gürcüstandan 12, digər ölkələrdən isə 39 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb üzrə 33, hüquqşünaslıq üzrə 26, iqtisadiyyat üzrə 25, menecment üzrə 23, stomatologiya üzrə 20 müraciətçi qeydə alınıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Dekabrda #xaricdə #təhsil #alan #nəfərin #diplomu #tanınmayıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu