fbpx

Delyaqin kimi başı pozulmuşların açıqlamaları Rusiya dövlətinin mövqeyi kimi düşünülməməlidir

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiyalı deputat Mixail Delyaqin növbəti Vladimir Volfoviç Jirinovski adını öz üzərinə götürməyə layiqli bir şəxsdir”.

Bu fikirləri Metbuat.az-a Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fazil Mustafa deyib. Deputat bildirib ki, olduqca məhsuliyyətsiz ifadə işlədən Delyaqinin bu açıqlaması ola bilsinki “Rusiya mətbəxi”ndə hazırlanaraq icrası da ona tapşırılıb. Amma bu nitq Rusiyanın maraqlarına ciddi ziyan vurur.

“Azərbaycan Rusiya ilə dost ölkədir. Son illərdə münasibətlərin nə qədər yaxın olduğu da aşikar oldu. Ölkəmiz Rusiyaya qarşı sanksiyalarda da xüsusilə iştirak etməyərək, bölgədə dostluq və qonşuluq münasibətinin inkişafına çalışır. Belə olan halda ona dost olan ölkələrə qarşı bu kimi hədələrin səslənməsi Rusiya haqqında yaxşı təsəvvür yaratmır. Rusiya tərəfdən bu hədələr Ukraynada korlanan imicini başqa ölkələr tərəfindən də pozulmasına şərait yaradan çağırışa bənzəyir.”

Millət vəkili hesab edir ki ola bilsin başı pozulmuş bir iki adamın belə açıqlamalar verməsi halları olsun amma Rusiya siyasətçiləri iki ölkə arasında olan münasibətlərə xələl gətirən davranışlar sərgiləməkdən çəkinməlidirlər. Fazil Mustafa onu da qeyd etdi ki, çalışmalıyıq ki qonşu dövlət olan Rusiya ilə münasibətlərimiz qaydasında olsun, problemlərimiz kəskinləşməsin. Çünki bu kimi xoş olmayan vəziyyətlər orada yaşayan azərbaycanlılara mənfi təsirlər etməklə bərabər eyni zamanda iqtisadi münasibətlərimizin pozulmasına da rəvac verə bilər.

“Düşünürəm ki, bu cür məhsuliyyətsiz adamların bəyanatları, vaxtilə Jirinovski tərəfindən qoyulan ənənənin davam etdirilməsi, Rusiyada ermənipərəst qüvvələrin istiqamətləndirilməsi nəticəsindədir. Çünki Azərbaycan Rusiya ilə Qarabağda müəyyən uzlaşdırılmış şəraitdə fəaliyyət həyata keçirir. Faktiki olaraq Qarabağda Rusiya sülhməramlıları öhdələrinə düşən işi yəni erməni separatçılarını bölgədən çıxarmaq kimi vəzifələrini icra etməkdən bir qədər yayınırlar. Erməni silahlı qruplaşmalarının aktivləşməsinə stimul verən bu davranışlar sayəsində mütəmadi olaraq qarşı tərəf silahlı qüvvələrimizin olduğu hissələrə atəş açırlar. Təbii ki, bu məqamda da Azərbaycan tərəfi öz təhlükəsizliyini təmin etmək üçün konkret addımlar atır. Bu məsələlərdə Ermənistan və ermənilər üzərindən aralarında dostluq həddində olan münasibətləri korlayacaq açıqlamalar vermək hər hansı bir siyasətçinin sağlam beyinə sahib olmadığı qənaətini yaradır. Biz çalışmalıyıq ki, bu kimi məsələlərdə soyuqqanlı davranaq. Rusiyalı deputatın düşüncəsiz açıqlamalarına Azərbaycan XİN-i və Parlament Dostluq Qrupu tərəfindən münasibəti bildiriləcəkdir. Belə sayıqlamaları bir nəfərin düşüncəsi kimi qəbul edib məsələni Rusiya dövlətinin mövqeyi kimi anlayacaq şərhlər əvəzinə iki ölkənin münasibətlərinin inkişafına tövhə verəcək addımlar atmaq daha məqsədəuyğun olardı”.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqin Bakının neft mədənlərinə bomba zərbəsi endirməyi təklif edib. Mixail Delyaqin iddia edir ki, Azərbaycan Rusiya üçün böyük təhlükədir və Bakının cəzalandırılması lazımdır.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin