fbpx

Demarkasiya hansı xəritəyə əsasən aparılmalıdır?

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan Qranadada keçirilən görüşdə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.

Avropa İttifaqı Şurasının yaydığı bəyanatda bildirilib ki, tərəflər Ermənistanın (29 800 kv. km) və Azərbaycanın (86 600 kv. km) suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün səylərə sadiq qalırlar.

Məsələyə münasibət bildirən millət vəkili Azər Badamov Metbuat.az-a vurğuladı ki, Qranadada Paşinyanın bəyannaməyə imza ataraq Azərbaycanın ərazi bütövlüyünü 86,6 min km2 tanıması bir çox məsələlərin həll olunmasına yol açır:

“Xəzərdə mübahisəli yataqlar hər iki xalqa fayda gətirəcək”

“Bu, həm də Ermənistanın işğalı altında olduğu 8 kəndi də Azərbaycanın suverən ərazisi kimi tanınması deməkdir. Amma burda müzakirə olunmalı çoxlu məsələlərin qaldığınıhesab edirəm. Məsələn, 1920-ci ildə Azərbaycan Xalq Cumuhuriyyəti ləğv olunaraq Sovetlər İttifaqında birləşəndə Azərbaycanın əraziləri 114 min km2 olmuşdur. Ona görə də Ermənistanın təklif etdiyi 1975-ci xəritələrinə əsasən delimitasiya və demarkasiya proseslərinin aparılmasınə qədər düzgün olduğunu bir daha müzakirə olunmalı olduğunu hesab edirəm”.

Rüya tabirlerini burdan oku

Millət vəkili qeyd etdi ki, Sovet İttifaqı dönəmində respublikalar hansı ərazilərlə daxil olublarsa, sovetlər dağılandan sonra həmin ərazilərlə də ayrılmalıdırlar:

“Ona görə də suverən ərazi məsələsinin həlli üçün mütəxəsislərin işləməli və məsələləri daha dəqiqliyilə razılaşdırılmalı olduğunu vacib hesab edirəm”.

Metbuat.az-a açıqlamasında siyasi şərhçi Turan Rzayev bildirdi ki, dövlətlərin ərazi bötüvlüyünü hər iki tərəf tanıyır, amma həllini gözləyən əsas məsələ sərhədlərin delimitasiya və demarkasiyası, anklav və eksklavlar və Zəngəzur dəhlizidir:


“Ermənistan tərəfi Zəngəzur vasitəsilə kommunikasiya xətlərinin açılmasında maraqlıdır, lakin bunun dəhliz prinsipilə deyil, öz qanunları ilə və özünün nəzarət edəcəyi bir yol şəklində olmasını istəyir. Azərbaycan tərəfi isə noyabr bəyanatını əsas gətirərək maneəsiz hərəkət prinsipini irəli sürür. Hesab edirəm ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü rəsmi şəkildə tanıdığını təsdiq edən sənədin olması ilkin sülh sazişini sürətləndirə bilər”.

Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlının fikirlərinə görə, əslində Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi, demarkasiya və delimitasiyası dövlətlərin müstəqilliyini elan edərkən varislik prinsipinə əsaslanmalıdır. Musavata açıqlamasında Q.Çaxmaqlı bildiribki, Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş AXC-nin varisidir, demək, sərhədlər də həmin respublikanın sərhədlərinə əsaslanmalıdır.

AbzasMedia - Qafar Çaxmaqlı: "Erməni dilini bilmək ermənilərlə işləmək üçün  vacibdir"

“Ermənistan isə SSRİ zamanı mövcud olmuş Ermənistan SSR-nin varisi kimi elan olunub. Həmçinin sovet dövründə dövlət sərhədləri deyil, administrativ sərhədlər olub və bunlar bir vahid dövlətin tərkibində olduqlarına görə şərti sərhədlər, inzibati ərazilər hesab olunub. Faktiki olaraq Ermənistanla Azərbaycan arasında bəlli sərhəd yoxdur. Ermənistan ona görə sovet dövründə hazırlanan xəritələrdə israr edir ki, 20-ci illərdən sonra Azərbaycan torpaqları hesabına ərazisini genişləndirib və indi ona 1975- ci il Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahındakı xəritə sərf edir. Amma nədən Ermənistan 1920-ci illərin xəritələrini qəbul etmir? Çünki həmin xəritələrdə sonradan Azərbaycandan qoparılmış Zəngəzur, Göyçə, Dərələyəz var ki, nəticədə Ermənistanın ərazisi 29,8 min kvadrat kilometrə çatdırılıb”.

Q.Çaxmaqlı bu faktlara istinad edərək qeyd etdi ki, demək biz 1925-ci il xəritəsi üzərində israr edə bilərik: “Bu, Zaqafqaziya Siyasi xəritələridir. 30-40-cı illərdə də bütün xəritələr onun əsasında hazırlanıb. Sonrakı onilliklərdə Azərbaycandan parça-parça ərazilər qoparılıb və 1975-ci il xəritələrində Ermənistanın 29,8 min kvadratkilometrlik ərazisi ortaya çıxıb. Amma nəzərə alınmalıdır ki, bu da inzibati sərhədlər olub və dövlət sərhədi hesab edilə bilməz”. Ekspertin sözlərinə görə, Ermənistanın istədiyi kimi, sərhədlər 1975-ci il xəritələri üzərində durulsa belə, öncəki illərin də xəritələri nəzərə alınmalıdır: “Paşinyanın Azərbaycanın ərazi bütünlüyünü 86,6 min kvadratkilometrlə tanıyırıq, Azərbaycan da bizim 29,8-mizi tanısın “qayğısı” bundan qaynaqlanır. Ermənistan bu ərazidə Ermənistanın mövcudluğuna təminat almaq istəyir. Amma tarixi proseslər içərisində itirdiyimiz torpaqların heç olmasa bir hissəsini geri almaq imkanı varkən nə üçün Ermənistanın təklif etdiyi “1975 xəritələri” iddiasını qəbul etməliyik? Yalnız bir xəritə ilə sərhədləri təyin etmək mümkün deyil, bütün variantlar incələnməlidir. Bu edilmədiyindən anlaşmaya gələ bilmirik. Məncə, bu proses də xeyli vaxt aparacaq. Vaxtilə haqqı olmayan əraziləri özünə birləşdirən bir ölkə indi bunları geri vermək istəməyəcək. Bu işdə ermənilər beynəlxalq “arbitr” tələb edəcəklər, prosesi uzatmağa çalışacaqlar. Sülh danışıqlarında olduğu kimi”.

Metbuat.az

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Demarkasiya #hansı #xəritəyə #əsasən #aparılmalıdır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu