Deputat Anar Məmmədov şəhid ailələri ilə görüş keçirdi
BEY.AZ informasiya agentliyi xəbər verir
Millət vəkili Anar Məmmədov və Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Novruz bayramı ərəfəsində Vətən Müharibəsi şəhidlərinin ailələri ilə görüşüb.
Metbuat.az xəbər verir ki, natiqlər, səmimi söhbət zamanı ailələrin bayramlarını təbrik edib, xoş arzularını çatdırıblar.Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 30 il sonra ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, gələcək nəsillərə örnək olduğunu qeyd ediblər.
Şəhid ailələrinin üzvləri dövlət tərəfindən onlaradaim göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirib, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya sonsuz sevgi və hörmətlərini ifadə ediblər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.