fbpx

Deputat AŞPA üzvlərini Laçın yolundakı vəziyyətlə bağlı məlumatlandırdı

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Laçın yolunun məqsədi müharibədən sonrakı dövründə insanların və malların keçidini təmin etməkdir. Amma son 2 ildə bu yoldan erməni əsgərlərinin, hərbi ləvazimatların, o cümlədən mina və sursatların daşınması üçün geniş istifadə olunur”.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, deputat Nigar Arpadarai qurumun iclasında çıxışı zamanı deyib.

O bildirib ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli bəyanatda Laçın yolu ilə bağlı ayrıca bənd var: “Dəhlizin məqsədi müharibədən sonrakı dövründə insanların və malların keçidini təmin etməkdir. Amma son 2 ildə bu yoldan erməni əsgərlərinin, hərbi ləvazimatların, o cümlədən mina və sursatların daşınması üçün geniş istifadə olunur. O, həmçinin Azərbaycanın təbii sərvətlərinin, metal filizinin və qızılının Qarabağdan Ermənistana qeyri-qanuni yolla, heç bir dövlət nəzarəti olmadan çıxarılmasında geniş istifadə olunub”.

Rüya tabirlerini burdan oku

Deputat vurğulayıb ki, Ermənilərin nail olmağa çalışdığı məsələ isə saxta media hekayəsindən istifadə edərək, yenidən nəzarətsiz silah və silahlı şəxslərin əraziyə salınmasına, Qarabağdan qızıl və filiz daşınmasına başlamaqdır: “Azərbaycan imzaladığı beynəlxalq müqavilələrə hörmətlə yanaşır. Üçtərəfli bəyanat da onlardan biridir. Lakin bizim qanunlarımıza zidd olaraq Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarına, silah və ya hərbi vasitələrin nəzarətsiz ötürülməsinə və ya hər hansı digər oxşar əməllərə yol vermək öhdəliyimiz yoxdur. Çünki həm Laçın dəhlizi, həm də hazırda rus əsgərlərinin yerləşdiyi Qarabağ ərazisi Azərbaycan konstitusiyasının qüvvədə olmalıdığı olduğu Azərbaycan torpağıdır. Nə qədər tez bir o qədər yaxşıdır!”.

Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 46 gündür davam edir.

Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Qeyd edək ki, AŞPA-nın qış sessiyası yanvarın 22-də başlayıb və ayın 28-də yekunlaşacaq. Azərbaycan nümayəndə heyəti iclasda iştirak edir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Deputat #AŞPA #üzvlərini #Laçın #yolundakı #vəziyyətlə #bağlı #məlumatlandırdı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu