fbpx

Deputat İranın 4 diplomatımızı “arzuolunmaz şəxs” elan etməsindən DANIŞDI

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, İran Azərbaycanın Tehran və Təbrizdə işləyən 4 diplomatını arzuolunmaz şəxs elan edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib ki, İranın bu qərarı tamamilə əsassızdır. Onun sözlərinə görə, Tehran bu əsassız qərarı Azərbaycanın İranın 4 diplomatı ilə bağlı addımına cavab olaraq qəbul edib. “İran tərəfi heç bir əsas olmadan və yalnız qarşılılıq prinsipini bəhanə gətirərək, ölkəmizin İrandakı səfirliyindən hələ yanvar ayında təxliyə olunmuş 2 nəfər əməkdaşı və Baş Konsulluğun 2 nəfər əməkdaşını arzuolunmaz şəxs elan edib”, – A.Hacızadə vurğulayıb. O deyib ki, İranın Azərbaycanın 4 diplomatını arzuolunmaz şəxs elan etməsi bir sıra problemlərin mövcud olduğu ikitərəfli münasibətlərə xələl gətirir.

Məsələ ilə bağlı Metbuat.az-a danışan deputat Fazil Mustafa bildirdi ki, bu cür addımlar Azərbaycan tərəfindən cavabsız qalmamalıdır:

Rüya tabirlerini burdan oku

“Azərbaycan tərəfi bundan əvvəl 4 diplomatı ölkədən çıxarmışdı. Bu da İranın verə biləcəyi mümkün cavab idi. Amma bu cavablar hər hansı bir şəkildə bir terroçu dövlətin öz mahiyyətinə uyğun hələ də bu törədilən cinayət əməllərinə cavab verməməsini bir daha göstərir. Onlara cavab vermək əvəzinə ölkədən diplomat çıxarırlar. Halbuki həm səfirliyimizə hücum, həm də Azərbaycanda terror aktı ilə bağlı bir açıqlamanın olmaması onu göstərir ki, terror aktının arxasında məhz İran dövləti durur. Hər iki hadisənin də müəyyən dərəcədə İranın mahiyyəti ilə uzlaşdığını göstərən kifayət qədər dəlillər var”.

Deputat qeyd edib ki, İran öz imicini düşünərək törədilən əməli daha da geniş şəkildə araşdırmalıdır: “Çünki İran bilavasitə terroru dəstəkləyən imicini bundan sonra da daşımış olacaq. Buna cavab vermək isə bizim tərəfimizdən onsuz da ən kəskin formada gerçəkləşdirilir. Bütün platformalarda buna qarşı mövqeyimizi deyəcəyik”.

Qeyd edək ki, cari ilin aprel ayının əvvəlində İranın Azərbaycandakı səfirliyinin 4 əməkdaşı diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan edilmişdi.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Deputat #İranın #diplomatımızı #arzuolunmaz #şəxs #elan #etməsindən #DANIŞDI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu