fbpx

Deputat quru sərhədlərin açılmasından danışdı

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanda quru sərhədləri 2020-ci ilin martından bəri bağlıdır. Həmin vaxt hökumət bu tədbirin Covid-19 pademiyasının fəsadlarının qarşısını almaq üçün həyata keçirildiyini açıqlamışdı. Ümumdünya Səhiyyə Təşkilatı mayın 5-də COVID-19 pandemiyasına rəsmi olaraq başa çatdığını açıqladı. Bununla belə, Azərbaycan hökuməti iyunun 23-də pandemiya ilə əlaqəli karantin rejiminin oktyabrın 2-nə qədər uzadılması barədə qərar çıxardı. Beləcə, karantin rejiminin uzadılması quru sərhədlərin bağlı qalmasını şərtləndirmiş oldu. Vətəndaşlar, xüsusilə tələbələr qeyd edir ki, quru sərhədlərin açılması vacibdir. Bəziləri isə sərhədlərin mərhələli şəkildə, məsələn, əvvəlcə Türkiyə və Gürcüstan üçün açılmasını təklif edirlər.

Bəs sərhədlər niyə açılmır? Mərhələli şəkildə quru sərhədləri açmaq mümkündürmü?

Metbuat.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Milli Məclisin deputatı Razi Nurullayev də quru sərhədlərin açılmasının tərəfdarı olduğunu bildirib:

Rüya tabirlerini burdan oku

“Quru sərhədlərinin açılması ilə bağlı ciddi, anlaşılmayan məsələlər var. Biz dövlət nümayəndələri kimi bunun daha çox təhlükəsizliklə bağlı olduğunu bilirik. İnsanların bəziləri bu məsələlərdə məlumatsızdır, amma təbii ki, mən istərdim ki, elə günü sabah quru sərhədləri açılsın. Çünki quru sərhədlərin açılması yüz minlərlə insanın həyatının asanlaşdırılması deməkdir, yüz minlərlə insanın xırda ticarətlə evinə çörək aparması deməkdir və yüz minlərlə insanın sərhədi keçərək Azərbaycana turizm məqsədi ilə gəlməsi deməkdir. Bu da onların burada pul xərcləməsi deməkdir ki, bu sayədə on minlərlə insan Azərbaycan daxilində işlə təmin oluna bilər. Bütün bunları nəzərə alaraq quru sərhədlərinin açılması vacibdir. Əlavə olaraq, öz maşını ilə quru sərhədlərlə xəstə aparıb-gətirənlər, tələbələrin Azərbaycana gəlməsi və təyyarə biletlərinin baha olması fonunda sərhədlərin açılması daha vacib görünür. Həmişə bunun tərəfdarı olmuşam”.

Millət vəkili sərhədlərin məhz təhlükəsizlik amilinə görə bağlı qalmasını istisna etməyib:

“Elə düşünmək olmaz ki, biz sərhədlərin açılmasını istəyirik, lakin hökumət istəmir. Bu doğru yanaşma olmaz. Yəqin ki, bizim bilmədiyimiz elə məqamlar var ki, biz də onu bilsək, hökumətlə razılaşarıq. Yəqin ki, müəyyən səbəblər var, o səbəblər öncə aradan qaldırılmalıdır ki, sonra quru sərhədlər açılsın. Mən bunu ermənilərin təxribatına, Qarabağda baş verən hadisələrə, Rusiya-Ukrayna müharibəsini bağlayıram”.

R.Nurullayev sərhədlərin mərhələli şəkildə açılması məsələsinə də münasibət bildirib. O, bu addımın bir sıra problemlərə yol aça biləcəyini qeyd edib:

“Sərhədlərin mərhələli şəkildə açılması əlavə suallar yaradacaq. Bu, ölkələrlə münasibətlərin pozulmasına, bir sıra suallara və ayrıseçkiliyə səbəb ola bilər. Bütün bunları nəzərə almaq lazımdır. Bəzi ölkələrlə quru sərhədi açıb, bəzisi ilə bağlı saxlamaq heç də deyildiyi kimi asan deyil. Əgər sərhədlər açılsa, mən əminəm ki, bütün ölkələr üçün birdən açılacaq”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Deputat #quru #sərhədlərin #açılmasından #danışdı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu