fbpx

Deputat şəhidin il mərasimində – FOTO

BEY.AZ informasiya agentliyi xəbər verir


96 saylı GoranboyNaftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonu Qaradağlı kəndində Vətən müharibəsi şəhidi İsmayılov Əli Vaqif oğlunun il mərasimində iştirak edib.

Metbuat.az xəbər verir ki, anım mərasimində Goranboy rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun baş axundu, rayon ağsaqqalları və ziyalıları, şəhidin ailə üzvləri iştirak edib.

İl mərasimində şəhidin məzarı ziyarət edilib, önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, həmçinin dövlətimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn qardaşlarımız yad edilib, valideynlərinə səbr dilənib, şəhidlərimizin döyüş yolundan, vətənpərvərliyindən, onların vətəninin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdikləri qəhrəmanlıqlarından danışılıb.

Onu da qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən şəhid İsmayılov Əli Vaqif oğlu ölümündən sonra Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin