Deputat seçilən məmuru o əvəzlədi
İlqar Cəfərov Milli Məclisin İqtisadi qanunvericilik şöbəsinə müdir müavini təyin edilib.
BEY.AZ Modern.az-a istinadən xəbər verir ki, o, daha əvvəl Milli Məclisin Aparatında Məxfi sənədlərlə iş sektorunun müdiri vəzifəsində işləyib.
Qeyd edək ki, 1962-ci il təvəllüdlü məmur ixtisasca hüquqşünasdır.
Xatırladaq ki, İqtisadi qanunvericilik şöbəsinin əvvəlki müdir müavini Rövşən Muradov sentyabrın 1-də keçirilən seçkidə deputat seçilib. O, parlamentdə 121 saylı Laçın seçki dairəsini təmsil edir.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |