fbpx

Deputat Tarif Şurasının qiymətlərlə bağlı qərarından DANIŞDI

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Tarif (Qiymət) Şurasının dərman vasitələrinin qiymətlərinin yuxarı həddini təsdiq etməsi ilə ölkədə dərman vasitələrinin keyfiyyətinə nəzarətin gücləndirilməsi və qiymətlərin optimallaşdırılması nəzərdə tutulur”.

Metbuat.az bildirir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

“Bu qərar vətəndaşların dərmanlara əlçatanlığının artırılması baxımından vacibdir, insanların daha ucuz dərman almasına səbəb olacaq, eyni zamanda, əvvəlki dövrlərdə tapılmayan və qıt hesab edilən dərmanların artıq optimal qiymətə apteklərdə satılmasına imkan verəcək”, – deyə o qeyd edib.

Rüya tabirlerini burdan oku

Deputat vurğulayıb ki, dərman preparatlarının qiymətlərinin tənzimlənməsi, keyfiyyətinin artırılması uzun müddət diqqət mərkəzində olub:

“Dövlət başçısının müvafiq fərmanı ilə “Dərman vasitələri haqqında” Qanuna edilmiş dəyişikliklərlə 13 dövlət qurumunun təmsil olunduğu Tarif Şurasına dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddinin təsdiq edilməsi tapşırılmışdı”.

Onun sözlərinə görə, dərman bazarı vətəndaşların ən çox müraciət etdiyi bazarlardan biri olduğu üçün burada qiymətlərin optimallaşdırılması və bəzi məhsullar üzrə ucuzlaşma, eyni zamanda, keyfiyyətin artırılması sosial təminat baxımından önəmlidir:

“Nəticədə vətəndaşların dərman xərcləri azalacaq. Bu isə ümumilikdə ailələrin xərclərini azaldacaq. Ümumilikdə bu qərar sosial xarakter daşıyır, vətəndaşlarımızın sosial təminatına dəstək kimi qiymətləndirilməlidir”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Deputat #Tarif #Şurasının #qiymətlərlə #bağlı #qərarından #DANIŞDI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu