fbpx

Deputatlar AŞPA-nın komitə iclaslarında iştirak edəcək

BEY.AZ informasiya agentliyi xəbər verir


Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputatlar Asim Mollazadə, Erkin Qədirli və Kamal Cəfərov Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya, Monitorinq, Hüquqi məsələlər və insan hüquqları komitələrinin 7-15 sentyabr tarixlərində Fransanın Paris şəhərində keçiriləcək iclaslarında iştirak edəcəklər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Metbuat.az-a verilən məlumata görə, komitə sədri Səməd Seyidov həmçinin AŞPA-nın Büro iclasına da qatılacaq.

İclaslarda üzv ölkələrlə bağlı dövri monitorinq hesabatları dinləniləcək, Avropa Şurasına üzvlük öhdəliklərinə əməl olunması, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası müzakirə ediləcək, münaqişələrin qarşısının alınmasında, beynəlxalq institutlara etimadın bərpasında və qlobal sülhün təşviqində Avropa Şurasının rolu, Avropa qarşısında dayanan müasir çağırışlar və regional təhlükəsizlik kimi mövzular və bəzi təşkilati məsələlər nəzərdən keçiriləcək.

Milli Məclisin deputatları komitələrdə müzakirə olunacaq məsələlərə münasibətlərini bildirəcək, qeyd və təkliflərini səsləndirəcək, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Assambleyanın Siyasi işlər və demokratiya komitəsində “İfrat sağçı ideologiyanın Avropada demokratiya və insan hüquqlarına meydan oxuması” mövzusunda məruzə ilə çıxış edəcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Deputatlar #AŞPAnın #komitə #iclaslarında #iştirak #edəcək

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin