fbpx

“Derbidə Mahirə şans verəcəyəm” – Jelko Kopiç

BEY.AZ informasiya agentliyi xəbər verir


Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su Xorvatiya çempionatının 27-ci turunda “Hayduk”un qonağı olacaq.

Metbuat.az xəbər verir ki, komandanın baş məşqçisi Jelko Kopiç bu görüş üçün təşkil edilən mətbuat konfransında Mahir Emreliyə derbi matçında şans verəcəyini bildirib:

“Mahir bütün oyunçularla eyni statusdadır və mən şənbə günü derbidə ona şans verəcəyəm. O, bura yeni gələndə heç də yaxşı formada deyildi. Çünki uzun müddət komanda ilə məşqlərdən, oyunlardan kənar qalmışdı. Mən ona şans verə biləcəyim an axtarırdım. Düzdür, çox oyun buraxır, amma keyfiyyətli futbolçudur. Mənim üçün hər bir futbolçu eynidir”.

Qeyd edək ki, martın 12-də keçiriləcək “Hayduk” – “Dinamo” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin