“Deyir, uşaq mənim deyil, başqasındandır”
BEY.AZ informasiya agentliyi xəbər verir
Xəbər verdiyimiz kimi, aprelin 26-da Yasamalda ata 11 aylıq övladını yerə çırparaq ona ağır xəsarətlər yetirib.
Metbuat.az İTV-yə istinadən xəbər verir ki, uşağın anası hadisənin baş vermə səbəbindən danışıb. Onun sözlərinə görə, hadisə qısqanclıq zəminində baş verib.
“Uşağı götürüb buradan ora atdı. Qonşular gəlib əlindən aldı. Təzədən uşağı qonşunun əlindən alıb yenə yerə çırpdı. Deyir, uşaq mənim deyil, başqasındandır. Bildirir ki, mən yardımla dolanıram, yardıma cadu eləmisən. Uşaq ağır travma alıb. Dörd kəllə sümüyü sınıb, gözləri çəpləşib” – ana bildirib.
Qeyd edək ki, hadisəni törədən 30 yaşlı Samir Ağakərimov ötən gün polis tələfindən şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma – xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) ilə cinayət işi başlanıb.
Əlavə edək ki, vəziyyəti yaxşılaşmağa doğru gedən körpə, reanimasiya şöbəsindən çıxarılaraq palataya köçürülüb. Hazırda dinamik müşahidə və konservativ müalicə davam etdirilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.