fbpx

​Dezinformasiya dünya üçün fəlakətə çevrilir



Akademik mərkəzlər dezinformasiya tipli “feyk xəbər”in siyasi savaşda alət olmaqla vurduğu zərərlər barədə təsəvvür formalaşdırmaq üçün “İraq müharibəsi”ni nümunə göstərirlər. ABŞ rəhbərliyi 2003-cü ildə “İraqda atom silahının hazırlanması və İraq hökumətinin beynəlxalq terrorizmə dəstək verməsi” barədə informasiya yayıb. Dünyanın aparıcı trans-milli KİV-ləri legitim mənbədən qaynaqlandığı üçün bu xəbəri qeyd-şərtsiz tirajlayıblar və İraqı beynəlxalq ictimai rəyin hədəfinə çeviriblər.

Qeyd edilən informasiyanın ictimailəşdirilməsindən sonra ABŞ öz hərbi qüvvəllərini İraqa göndərib. Dünya ictimaiyyəti də prosesə normal yanaşıb. Ağır müharibə təkcə İraq rəhbərliyinə və hərbi qüvvələrinə deyil, İraq vətəndaşlarına da ağır zərbələr vurub. Məlumata əsasən, 2003-cü ildə başladılmış bu müharibə nəticəsində 1 milyon 33 min nəfər insan həyatını itirib (https://en.wikipedia.org/wiki/Casualties_of_the_Iraq_War). “ORB İnternational” isə insan itkilərini daha yüksək rəqəmlərlə ifadə edir. Təşkilatın hesabatında qeyd edilir ki, “İraq müharibəsi”nin gedişində 1 milyon 220 min 580 insan öldürülüb və onların böyük əksəriyyətini mülki əhali təşkil edib (https://en.wikipedia.org/wiki/ORB_survey_of_Iraq_War_casualtie ).

Müharibə bitdi, amma İraqda atom silah tapılmadı. Yekunda bəlli oldu ki, ABŞ-nin “İraqda atom silahının hazırlanması” barədə xəbəri dezinformasiya olub. ABŞ-nin həmin dönəmdəki prezidenti özünün dezinformasiyası ilə bölgədə durumu ağırlaşdırıb, müharibə başlayıb və milyon nəfərdən çox insanın ölümünə səbəb olub.

Oxşar hərəkətlər bu gün də təkrarlanır. Son illərdə qlobal səviyyəli dezinformasiyalar intensiv şəkildə paylaşılır və ayrı-ayrı ölkələri deyil, bütövlükdə dünyanı fəlakətə sürükləyir. Transmilli KİV-lərdən olan CNN 2023-cü ildə HƏMAS-ın İsrailə hücumu zamanı 40 nəfər körpənin başının kəsilməsinə dair informasiya yayıb ( https://edition.cnn.com/2023/10/12/middleeast/israel-hamas-beheading-claims-intl/index.html ).

Xəbər sürətlə yayılaraq Qərb KİV-lərinin manşetinə çıxıb, qlobal informasiya trendinə çevrilib. Bu xəbər emosiyaları coşdurub və təkcə HƏMAS-ı deyil, bütövlükdə Fələstin xalqını beynəlxalq ictimai rəyin hədəfinə çevirib. Qəzzada həyata keçirilən qisas hücumlarına, mülki şəxslərin kollektiv şəkildə cəzalandırılmasına bəraət qazandırıb. Amma 2023-cü il oktyabrın 10-da yayılmış bu xəbər sonradan öz təsdiqini tapmayıb. Bəlli olub ki, körpələrin başının kəsilməsi barədə xəbər yalandır, reallığı əks etdirmir. Xəbərdə əksini tapmış iddiaları isbat etmək üçün əldə heç bir sübut yoxdur. CNN-in müxbiri Sara Sidner oktyabrın 12-də sosial şəbəkə hesablarında post paylaşaraq üzrxahlıq edib. Amma o, özünü qismən təqsirkar sayıb. Qeyd edib ki, xəbəri legitim qurumlara və legitim şəxslərə, daha konkret desək, ABŞ prezidenti Co Baydenin nitqinə istinadla hazırlayıb ( https://www.aa.com.tr/en/world/cnn-reporter-apologizes-for-defending-israeli-claims-that-hamas-beheaded-babies-/3019286). Sara Sidner yazır ki, “Prezident Co Bayden bu faktları təsdiqləyən şəkilləri gördüyünü açıqladı. Mən də inandım. Amma bu gün Ağ Ev bəyan edib ki, Baydenə uşaqların başının kəsilməsinə dair heç bir fakt və sübut təqdim olunmayıb. Görünür, mən onlara əmin olmamalı idim. Daha diqqətli olmaq lazım imiş” ( https://www.aljazeera.com/news/2023/10/12/white-house-walks-back-bidens-claim-he-saw-children-beheaded-by-hamas

CNN əməkdaşı öz yalanına görə üzrxahlıq etdi. Amma üzürxahlıq “feyk xəbər”in vurduğu zərərləri aradan qaldırmır. ABŞ prezidenti özünün dezinformasiyası ilə bölgədə durumun daha da ağırlaşmasına səbəb olmuşdu. Minlərlə insanın həyatını təhlükə qarşısında qoymuşdu.

Azərbaycan dezinformasiyadan zərər çəkən ölkələr sırasındadır

Azərbaycan da qlobal səviyyəli dezinformasiyalardan zərər çəkən ölkələr sırasındadır. Ölkənin strateji mövqeyi, qoşulduğu lokal və qlobal layihələr, həmçinin, Ermənistanla münaqişə vəziyyətində olması onu total xarakterli dezinformasiya axınının hədəfinə çevirir.

2024-cü ilin iyul ayında keçirilən II Şuşa Qlobal Media Forumu zamanı qeyd olundu ki, Azərbaycan öz müstəqilliyini elan etdiyi tarixdən başlayaraq bu günə qədər dezinformasiya axınına məruz qalır. Problem 2020-ci ildə – 44 günlük mübaribə dövründə daha qabarıq şəkildə üzə çıxıb. Sonradan “Laçın yolu” kampaniyası fonunda davam edib. 2023-cü ilin sentyabr ayında, yəni, antiterror tədbirlərinin keçirildiyi zaman pik nöqtəyə çatıb.

44 günlük müharibə dövründə Azərbaycanın guya “suriyalı terrorçular”dan faydalanması barədə saxta xəbərlər yaydılar. Bu feyklər Avropanın, Rusiyanın, İranın siyasi çevrələrinin dillərindən səsləndi. Qərb mediasının səhifələrində əks olundu. İddia öz təsdiqini tapmadı. Bircə fakt, bircə sübut göstərilmədi

(https://azertag.az/ru/xeber/ na_vtorom_shushinskom_ globalnom_mediaforume_proshli_ diskussii_po_opredeleniyu_ area_rasprostraneniiya_ dezinformacii-3106606 ).

Yaşadığımız günlərdə isə ölkəmizə qarşı yönəlmiş feyk xəbərlərin kəmiyyəti daha da çoxalıb. Azərbaycanı Qarabağ regionunda “etnik təmizləmə” prosesi həyata keçirməkdə, yaxud, Ermənistanla sülh müqaviləsi bağlamaqdan yayınmaqda ittiham edən xəbərlər yayılır. Hansı ki, Azərbaycan torpaqlarının işğal edilməsi də, 30 il müddətində işğal altında saxlanılması da, azərbaycanlıların soyqırımına uğradılması da dünyanın gözü qarşısında olub. Bunun əksi olaraq, Azərbaycan 44 günlük müharibə və 19 sentyabr antiterror tədbirləri zamanı qarşı tərəfdə mülki şəxslərə xəsarətlər yetirilməməsi üçün ciddi tədbirlər görüb. Buna rəğmən, Fransa, Almaniya, ABŞ rəsmiləri və KİV-ləri Azərbaycanı etnik təmizləmə, soyqırımı və ya məcburi deportasiya aktı törtməkdə ittiham edən dezinformasiyalar yayırlar.

ABŞ daxil olmaqla, aparıcı Qərb dövlətlərində istehsal olunan dezinformasiyalar qlobal fəlakətlərə yol açır, bütövlükdə sivilizasiyanı təhdid edir. Bunu ABŞ-nin özündə də görürlər. Donald Trampın “Truth” sosial şəbəkə platformasında yazdığı qeydlər bu faktı bir daha təsdiq edir. O, fəlakətlərə son qoymaq üçün verdiyi təkliflər sırasında dezinformasiya probleminə də yer ayırıb.

Bəs dezinformasiya ilə mübarizədə hansı vasitələrdən istifadə olunur? Bu barədə növbəti yazılarımızda məlumat veriləcək.

Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb.


Məqalələr maarifləndirici xarakterlidir. Azərbaycanda dezinformasiyaya qarşı mübarizə üzrə innovativ dayanıqlığın yaradılması prosesinə töhvə vermək məqsədilə hazırlanıb. Mövzu üzrə beynəlxalq nəzəri fikirlər təqdim olunur, təcrübədən nümunələr göstərilir.

Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Dezinformasiyaya qarşı mübarizə vasitələri” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Proqram çərçivəsində ümumilikdə 10 məqalənin hazırlanıb dərc edilməsi nəzərdə tutulub.


AZƏRBAYCAN RESPUBLİKASININ


QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA


DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin