fbpx

Dezinformasiya ilə yanaşı, kütləvi manipulyasiya əsas problemdir



“Dezinformasiyalar bir qayda olaraq sosial şəbəkələr üzərindən yayılır. Amma media öz işində dezinformasiyadan daha çox kütləvi şüurla manipulyasiya cəhdləri ilə məşğul olur. Manipulyasiya ilə məşğul olmaq, nə qədər qəribə də olsa, Qərb mediası üçün xarakterikdir. Kütləvi şüurla manipulyasiya 20-ci əsrin əvvəllərində Amerika mediası üçün xarakterik olub. Daha sonra bu, dünyanın media sistemində geniş şəkildə yayılıb. Kütləvi şüurla manipulyasiyanın çoxlu sayda metodları var. Bunların hər biri Azərbaycana qarşı tətbiq olunur”.

BEY.AZ Azərtac-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının iclasında Medianın İnkişafı Agentliyinin icraçı direktorun müavini Natiq Məmmədli deyib.

O bildirib ki, bu mənfi tendensiyaya qarşı mübarizə formaları var. Manipulyasiya ilə məşğul olan media subyektləri, ilk növbədə, öz ölkələrinin ictimai rəyini çaşdırır. Bu, beynəlxalq media etikası, media əxlaqı ilə ziddiyyət təşkil edir. “Biz bu fikri yalnız kampaniya xarakterli yox, davamlı şəkildə hər gün səsləndirməliyik. Azərbaycan haqqında dolğun məlumat formalaşdırmağı başqa ölkənin mediasından gözləməli deyilik. Bu, Azərbaycan mediasının əsas funksiyasıdır. Ölkəmizin həqiqətlərini Azərbaycan mediası doğru, düzgün, dolğun formada dünyaya çatdıra bilər. Bu istiqamətdə mediamız işini demək olar müasir çağırışlara cavab verərək qurmaqdadır”, – deyə o Natiq Məmmədli əlavə edib.






ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin