DGK 5 kiloqramdan artıq narkotik qaçaqmalçılığı cəhdinin qarşısını alıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Dövlət Gömrük Komitəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində daha bir uğurlu əməliyyat həyata keçirib.
Komitədən Metbuat.az-a verilən məlumata görə, narkotik qaçaqmalçılığı faktı Şahtaxtı dövlət sərhədindən buraxılış məntəqəsində qeydə alınıb.
Belə ki, Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyəyə, oradan da təyinat ölkəsi Almaniyaya gedən İran vətəndaşının idarə etdiyi 37E82710 dövlət nömrə nişanlı “Mercedes Benz” markalı nəqliyyat vasitəsinə risk meyarı əsasında xidməti itin tətbiqi ilə gömrük baxışı həyata keçirilib. Xidməti itin reaksiyası nəticəsində yük nəqliyyat vasitəsinin qoşqusunun sandıqçasında olan ehtiyat hissənin içərisindən ümumi çəkisi 5 kiloqram 180 qram olan narkotik vasitə-tiryək aşkarlanıb.
Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Cinayət Məcəlləsinin 206,2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.