Dilənən uşaqlarla bağlı ŞOK FAKTLAR: Cəmi üç saata…
BEY.AZ informasiya agentliyi xəbər verir
Küçədə dilənən uşaqlardan birini aşkarladığımızda üzərindən 57 manat pul tapdıq. Bu cəmi üç saat ərzində topladığı məbləğ idi”.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə AzTV-nin efirində yayımlanan proqramda qonaq olarkən uşaq əməyinin istismarı və uşaqların diləndirilməsi ilə bağlı mövzuya fikir bildirərkən deyib.
Onun sözlərinə görə, həmin uşaq paytaxtda fəaliyyət göstərən “fast food” restoranlarından birinin qarşısında dayanmaqla bu məbləği toplamışdı:
“Biz bunu aktlaşdırdıq. Yenə qeyd edirəm bu bir gün deyil, cəmi üç saat ərzində toplanan pul idi. O uşaqla söhbət zamanı özü də təsdiqlədi ki, bir gün ərzində 170-200 manat pul qazanıram. Sizə qeyd etdiyim hələ bir faktdır. Uşaqlar var ki, üzərindən 100 manat da tapmışıq, 10 manat da tapmışıq”.
“Toplu şəkildə gəzən qız uşaqları var ki, dilənən zaman ən böyükləri o birilərinə nəzarət edir. Bu proseslər 10 yaşından yox elə 5-6 yaşlarından başlayır”, – deyə K.Ağazadə qeyd edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.