DİN çimərliklərə gedən vətəndaşlara müraciət edib
BEY.AZ informasiya agentliyi xəbər verir
“Bayram günləri ilə əlaqədar vətəndaşlarımızın çimərlik zonaları istiqamətinə sıx hərəkətini nəzərə alaraq həmin ərazilərdə polis əməkdaşları tıxacların yaranmaması üçün avtomobillərin hərəkətini tənzimləyir, istirahətdə olan vətəndaşlarımızın təlükəsizliyini yüksək səviyyədə qorumaq üçün gücləndirilmiş iş rejimində xidmət aparırlar”.
Metbuat.az-a DİN-in mətbuat xidmətindən verilən məlumatda deyilir:
“Bütün bunları nəzərə alaraq sürücü və vətəndaşları çimərliklərə gedən yollarda digər hərəkət iştirakçılarına qarşı diqqətli olmağa, polis əməkdaşlarının təhlükəsizlik məqsədi ilə gördüyü tədbirlərə, onların qanuni tələblərinə əməl etməyə çağırırq.
Bununla yanaşı vətəndaşlar qeyd edilən ərazilərdə qarşılaşdıqları hər hansı neqativ hallarla bağlı çimərliklərdə və ətraf ərazilərdə 24 saat xidmət aparan polis naryadlarına, həmçinin DİN-in “102” Zəng Mərkəzinə, Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.
Bir daha vətəndaşlarımızı Qurban bayramı münasibətilə təbrik edir, xoş istirahətlər arzulayırıq!”
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.