fbpx

DİN-dən məktəbdəki qətllə bağlı açıqlama

BEY.AZ informasiya agentliyi xəbər verir


Daxili İşlər Nazirliyi İsmayıllı rayonunda məktəbdə baş verən qətllə bağlı açıqlama yayıb.

Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, fevralın 11-də saat 9 radələrində Basqal qəsəbəsi ərazisində yerləşən tam orta məktəbin həyətində orada xadimə işləyən qəsəbə sakini Gülarə Qəhrəmanova öldürülüb.

İstintaq-əməliyyat tədbirləri ilə həmin məktəbin gözətçisi Bəxtiyar Əhmədlinin münaqişə zəminində G.Qəhrəmanovanı bıçaqla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə B.Əhmədli şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar cinayət işi başlanılıb. İsmayıllı Rayon Prokurorluğunda araşdırma aparılır.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin