DİN insanları məcburi əməyə məruz qoyan şəxs həbs edilib
BEY.AZ informasiya agentliyi xəbər verir
Daxili İşlər Nazirliyi (DİN) insanları məcburi əməyə məruz qoyan şəxslə bağlı açıqlama yayıb.
DİN-n Mətbuat Xidmətindən Metbuat.az-a daxil olan məlumatda deyilir:
“İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Fazil İsmayılovun Pirşağı qəsəbəsində yerləşən heyvandarlıq təsərrüfatında Azərbaycan vətəndaşlarını məcburi əməyə məruz qoyması faktı aşkar edilmiş və o, şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-2.2.1, 144-1.2.2, 144-2.2.3 və 144-2.2.4-cü maddələri ilə (məcburi əmək) maddələri ilə başlanılmış cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlət Məhkəməsinə göndərilib.
Məhkəmənin hökmünə əsasən F.İsmayılov Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə təqsirli bilinərək 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.