fbpx

“Din pərdəsi” altında təxribat və pozuculuq əməllərini həyata keçirənlər SAXLANILDI

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda “din pərdəsi” altında təxribat və pozuculuq əməllərini həyata keçirən 32 nəfər müəyyən edilərək saxlanılıb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, saxlanılanlar – Nahid Qəhrəmanov, Rüstəm İsmayılov, Bəhruz Kərimov, Elvin Nəsirov, Samir İsayev, Nihat Xəlilov, Maarif Ağayev, Sakif Ağabalayev, Elnur Meybullayev, Rza Rzayev, Tural Vəliyev, Bəxtiyar Babaşov, Mehman Fətəliyev, Murad Abdullayev, Eldəniz Ağayev, Amal Əhmədov, Ceyhun İlyasov, Tural Həsənov, Hilal Əsədov, Nəriman Baxışov, Anar Xəlilov, İlqar Musayev, Şahin Verdiyev, Hasil Rüstəmov, İsmayıl İsmayılov, Elvin Quliyev, Ülvi Əliyev, Vüsal Alış, Nizami Əhmədov, Rahid İbişov, Mənsur Vəlişov və Rövşən Cabbarov özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də ibadət yerlərində, insanların toplaşdığı digər mərasimlərdə İran lehinə təbliğatlar aparmaqla ölkəmizdəki dini etiqad azadlığından sui-istifadə edərək Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqlarını yerinə yetiriblər.

Onlar “Kərimə” dövləti quracaqlarını bildirərək Azərbaycan Respublikasının mövcud konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar etmişlər. Xarici xüsusi xidmət orqanlarının sifarişlərini həyata keçirən bu şəxslər məzhəb ayrı-seçkiliyi salmaq, qarşıdurma yaratmaq məqsədilə dini radikalizmi təbliğ edərək cəmiyyətdə çaşqınlıq yaratmağı planlaşdırmışlar. Araşdırmalarla müəyyən edilmişdir ki, onlar İran İslam Respublikasından məqsədli şəkildə göndərilən narkotik vasitələrin satışını təşkil edərək əldə etdikləri külli miqdarda pul vəsaitini məhz Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətlərinin maliyyələşməsinə sərf etmişlər. Bu istiqamətdə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Rüya tabirlerini burdan oku





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Din #pərdəsi #altında #təxribat #və #pozuculuq #əməllərini #həyata #keçirənlər #SAXLANILDI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu