fbpx

“Dinamo” matçını o idarə edəcək



“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb “Dinamo”suna qarşı keçirəcəyi cavab oyununa hakim təyinatları açıqlanıb.

BEY.AZ AFFA-nın saytına istinadən xəbər verir ki, görüşü İngiltərədən olan hakimlər briqadası idarə edəcək.

Oyunu tanınmış referi Maykl Oliver idarə edəcək. Ona yan xətdə Stuart Burt və Lee Betts kömək edəcək. Kris Kavanaq isə 4-cü hakim funksiyasını yerinə yetirəcək. VAR-da Stüart Attvell, AVAR-da Timoti Vud iş başında olacaq.

Avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Dinamo” oyunu saat 20:45-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında Zaqrebdə keçirilən ilk oyunda “Dinamo” 3:0 hesablı qələbə qazanıb.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin