Diplom üçün rüşvət alan müdir işdən çıxarıldı
Sosial şəbəkələrdə Gəncə Dövlət Universitetinin tələbələrindən diplomlarını götürmələri üçün pul tələb edilməsi ilə bağlı görüntülər yayılıb.
BEY.AZ “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, universitet görüntülərlə bağlı açıqlama yayıb.
Açıqlamada bildirilib ki, görüntülərdə tələbələrdən pul tələb edən şəxs cəzalandırılıb: “Gəncə Dövlət Universitetinin Tələbələrin Qeydiyyatı və Dövlət Nümunəli Sənədlərlə İş Sektorunun müdiri Qüdrət İlyas oğlu Verdiyev işində verdiyi ciddi nöqsanlara görə 30 sentyabr 2024-cü il tarixdə tutduğu vəzifədən azad olunub”.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |