fbpx

Direktor məktəbin avadanlıqlarını yeni iş yerinə aparıb?

BEY.AZ informasiya agentliyi xəbər verir


Suraxanı rayonu 285 saylı tam orta məktəbin keçmiş direktoru Səfurə Rəhimovanın bu təhsil ocağına məxsus bir sıra əşyaları özü ilə yeni iş yerinə apardığı iddia edilir.

İddia olunur ki, Səfurə Rəhimova direktor kimi 272 saylı məktəbə təyinat alandan sonra əvvəlki təhsil ocağının bir çox avadanlığını da özü ilə aparıb.

Məktəbin bir qurup pedaqoji heyətinin səsləndirdiyi iddialara həmin təhsil ocağının təsərrüfat işlər üzrə müdiri Vəli Bağırov münsibət bildirdi.

Metbuat.az xəbər verir ki, o, “Xəzər Xəbər”ə yayılan məlumatın doğru olduğunu bildirdi.

Vəli Bağırov keçmiş direktorla bağlı iddia olnunan digər bir məsələyə də aydınlıq gətirdi.

Beləliklə, təhlükəsizlik kameralarının yerləşdirildiyi bütün otaqlara, eləcə də idman zalına baş çəkdik.

Məsələyə münasibət bildirən 285 saylı orta məktəbin keçmiş, 272 saylı təhsil ocağının hazırkı direktoru Səfurə Rəhimova dedi ki, haqqında deyilənlərin heç biri fakta əsaslanmır və müəllim adına yaraşmayan qarayaxmadır.

Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən isə bildirildi ki, Səfurə Rəhimova 285 nömrəli tam orta məktəbdə 5 il müddətində çalışıb. İş yerini dəyişən zaman təhvil-təslim aktını imzalayıb. Məktəbdə istilik sisteminə aid avadanlıqlardakı çatışmazlıq barədə isə hüquq-mühafizə orqanlarına müvafiq məlumat verilib.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin