Dizel bahalaşacaq? – RƏSMİ AÇIQLAMA
BEY.AZ informasiya agentliyi xəbər verir
Sosial şəbəkələrdə dizelin bahalaşması ilə bağlı xəbərlər yayılıb. Bildirilir ki, Bakıdakı yanacaq doldurma məntəqələrində dizel limitlə satılır.
Metbuat.az-ın məlumatına görə, Dövlət Neft Şirkətinin (SOCAR) yanacaq satışı ilə məşğul olan törəməsi – “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli saytımıza açıqlamasında qeyd etdi ki, “SOCAR” brendli yanacaqdoldurma məntəqələrində dizel yanacağının satışı ilə bağlı heç bir çətinlik yoxdur:
“Ölkəmizdə fəaliyyət göstərən “SOCAR” brendli yanacaqdoldurma məntəqələrində dizel yanacağının satışı ilə bağlı heç bir çətinlik yoxdur. Qeyd olunan yanacaq növünün satışı fasiləsiz olaraq həyata keçirilir. Neft məhsullarının topdan satışının həyata keçirilməsi, qəbulu və saxlanılması məqsədilə Bakı şəhərində və respublikamızın digər bölgələrində“SOCAR PETROLEUM” QSC-ə məxsus neft terminalı bazaları (NTB) fəaliyyət göstərir. Respublika üzrə bunlar 11 ədəddir. Qeyd olunan NTB-lərdə digər yanacaq növləri ilə yanaşı, dizel yanacağının da, topdan satışı həyata keçirilir. Bununla da, respublikamızda fəaliyyət göstərən başqa yanacaqdoldurma məntəqələri və yerli sahibkarlar neft məhsullarına olan tələbatlarını ödəmək üçün “SOCAR PETROLEUM” QSC-ə məxsus, qeyd olunan neft terminalı bazalarından lazımi qədər neft məhsullarını eyni zamanda, dizel yanacağını əldə edərək öz tələbatlarını ödəyə bilirlər”, – deyə o qeyd edib.
Gülər Seymurqızı
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.