fbpx

Dollara tələb kəskin artdı: Manatın məzənnəsi dəyişəcək?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Dollara olan tələbin kəskin artma səbəbi kimi bir sıra məqamları qeyd etmək olar. Amma bunlar arasında əsas amil yeni tədris mövsümü ilə əlaqədar tələbin artmasıdır”.

Metbuat.az bildirir ki, bunu iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, məktəb ləvazimatlarının, vəsaitlərinin, məktəbli formalarının və digər idxal məhsullarının ölkəyə gətirilməsi prosesinin başlaması dollara olan tələbi artırnışdır:

“Digər bir amil isə xaricdə təhsil alan tələbələrin növbəti tədris ilinə hazırlıqlara başlamasıdır. Nəzərə alsaq ki, bu proses hələ bir müddət davam edəcək, qarşıdakı müddətdə dollara tələbinin yüksək qalması mümkündür.

Rüya tabirlerini burdan oku

Bəs bu manat üçün hansısa təzyiq və məzənnə dəyişikliyi üçün zərurət yarada bilərmi?

Nəzərə alsaq ki, yuxarıda qeyd etdiyim amillər 1-2 aylıq dövrü əhatə edəcək, deməli dollara tələbin artım dinamikası davamlı olmayacaq. Ona görə də, hər hansı bir ciddi təzyiqdən söhbət gedə bilməz. Ölkənin mövcud valyuta ehtiyatları (hazırda 66 milyard dollar) və mövcud neft qiymətləri manata qorxu yaratmadan, onun “relax”ına imkan verəcək”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Dollara #tələb #kəskin #artdı #Manatın #məzənnəsi #dəyişəcək

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu