fbpx

Dollarla bağlı yeni proqnoz – Gələn ilin martına qədər…

Rüya Yorumları burda


ABŞ dolları avro və funt sterlinqə qarşı möhkəmlənib, lakin Yaponiya Mərkəzi Bankının pul siyasətini sərtləşdirməyə davam edəcəyi və Federal Ehtiyat Sisteminin (FED) tezliklə yumşalma tədbirlərinə başlayacağı gözləntiləri fonunda yapon yeninə qarşı kəskin ucuzlaşma nümayiş etdirir.

BEY.AZ Report-a istinadən bildirir ki, ICE tərəfindən hesablanan və dolların 6 valyutaya (avro, İsveçrə frankı, yen, Kanada dolları, funt sterlinq və İsveç kronu) qarşı dinamikasını göstərən DXY indeksi 1,15 %, WSJ Dollar Index isə 0,22 % ucuzlaşıb.

Moskva vaxtı ilə saat 9:10-a olan məlumata görə avro və dollar ötən cümə sessiyasının bağlanışında 1,0913 ABŞ dollarına qarşı 1,0901 ABŞ dollarına satılır, avro isə təxminən 0,1 % dəyər itirir.

Bir funt sterlinqin dollara nisbətən məzənnəsi 0,7 % ucuzlaşaraq əvvəlki sessiyanın yekunu üzrə 1,2804 ABŞ dollarına qarşı 1,2715 ABŞ dolları təşkil edir.

ABŞ valyutasının yapon yeninə nisbətən dəyəri ötən həftənin sonundakı 146,55 yenlə müqayisədə 3 % azalaraq 142,12 yen olub.

Rüya tabirlerini burdan oku

Xəbər verildiyi kimi, ötən həftə Yaponiya Mərkəzi Bankı əsas faiz dərəcəsini 0,25 %-ə qaldırıb və aylıq istiqrazların geri alınması həcmlərinin azaldığını açıqlayıb. Analitiklərin bir çoxu hesab edir ki, bu qərar pul-kredit siyasətinin normallaşdırılması prosesinin başlanğıcıdır və cari maliyyə ilinin sonuna qədər (2025-ci ilin martına qədər) faiz artımı ilə bağlı daha iki qərar qəbul edilə bilər.

Bu arada, ABŞ-dən daxil olan bir sıra zəif statistik məlumatlar fonunda bazarda FED-in sentyabrda əsas faiz dərəcəsini aşağı salacağına inam yaranıb və bəzi ekspertlər azalmanın adət olunmuş 25 baza bəndi deyil, 50 baza bəndi olacağını ehtimal edirlər.

Xüsusilə ötən cümə günü məlum olub ki, Amerika iqtisadiyyatında iş yerlərinin sayı iyunda qeydə alınmış 179 minlik artımdan sonra iyulda cəmi 114 min artıb, işsizlik isə 2021-ci ilin oktyabrından bəri ən yüksək səviyyəyə – 4,3 %-ə çatıb.






MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu